Media nümayəndələri üçün ədəbi dil standartları təlimi başa çatıb
Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün keçirilən “Rəqəmsal mediada ədəbi dil standartları: müasir yazı texnikası və praktik redaktə” mövzusunda ikigünlük təlim proqramı yekunlaşıb. Təlim iyulun 30-31-də baş tutub və rəqəmsal media mühitində ədəbi dil normalarının qorunması, müasir yazı texnikası və praktik redaktənin əsas prinsipləri kimi aktual mövzuları əhatə edib.