Martin Ryan işi: Fransa casus şəbəkəsinin hədəfində hansı ölkələr olub?
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın iyulun 30-da yaydığı bəyanatı qətiyyətlə rədd edib. Həmin bəyanatda Fransa tərəfi ölkə vətəndaşı Martin Ryan barəsində keçirilən məhkəmə prosesinin və çıxarılan hökmün qanuniliyini şübhə altına almışdı. XİN-in mətbuat katibi Ayxan Hacızadənin açıqlamasına əsasən, Parisin məhkəmə prosesinə siyasi qiymət verməyə çalışması, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə etməsi, Martin Ryanın saxlanılmasını "əsassız", məhkəmə araşdırmasını isə "ədalətsiz" kimi təqdim etməsi qəbuledilməzdir.