Mahir Emreli Polşa çempionatında ilk qolunu vurub
Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti dəfə fərqlənib. 29 yaşlı futbolçu Ekstraklasanın II turunda "Şlyonsk"a qarşı səfər matçında komandasının ilk qolunu vurub. Bu, onun Polşa çempionatındakı ilk qolu olub.
Matçın 60-cı dəqiqəsində meydana çıxan Emreli qapıçı ilə üzbəüz qalaraq onu geridə qoyub və topu boş qapıdan keçirib. Hücumçu bu görüşdə start heyətində meydana çıxıb.
Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qoludur. O, daha əvvəl UEFA Konfrans Liqasının təsnifat mərhələsində Maltanın "Valletta" klubu ilə debüt matçında da rəqib qapısına yol tapmışdı.
Azərbaycanlı futbolçu Polşa klubuna bu yay Almaniyanın "Kayzerslautern" klubundan icarə əsasında keçib.