Lerikdə 3,6 maqnitudalı zəlzələ qeydə alınıb
Lerik rayonunda zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 19:24-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 3,6, ocağının dərinliyi isə 24 kilometr olub. Episentrdə, həmçinin Lənkəran rayonunda yeraltı təkanlar 3 bal gücündə hiss olunub.
Məlumatda dağıntı və ya xəsarət barədə heç bir bildiriş verilmir. Seysmoloji xidmət vəziyyəti nəzarətdə saxlayır.