Dünya

İmişlidə zəlzələ qeydə alınıb

1 saat 0 baxış 93% yoxlanıb

İmişli rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Araşdırması Bürosunun məlumatına görə, yeraltı təkanlar saat 21:53-də qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2 təşkil edib, ocağı isə 26 kilometr dərinlikdə yerləşib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar əhali tərəfindən hiss olunmayıb. Hadisə nəticəsində dağıntı və ya xəsarət barədə məlumat verilmir.

Mənbələr

← bütün xəbərlər