Dünya

Gürcüstan Baş prokurorunun Azərbaycana səfəri yekunlaşıb

6 saat 8 baxış 93% yoxlanıb nəzarətli

Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başa çatıb. Bu barədə Azərbaycan Baş Prokurorluğundan məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti ilə tanış olublar. Onlara Elm-Tədris Mərkəzinin və kriminalistik laboratoriyanın fəaliyyəti barədə məlumat təqdim edilib.

Nümayəndə heyəti 44 günlük Vətən müharibəsinə həsr edilmiş memorial qalereyaya da baş çəkib. Qonaqlara Şanlı Zəfərin tarixi, habelə müharibə dövründə törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və onların istintaqı təcrübəsi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, heyət Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olub. Gürcüstan nümayəndələri korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən praktiki fəaliyyətlə, həmçinin əməliyyatların idarə edilməsi mərkəzi və Qaynar xətt əlaqə mərkəzi ilə yaxından tanış olublar.

Səfər zamanı qonaqlar həmçinin Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Tarix Muzeyi və Xalça Muzeyini ziyarət edərək xalqın zəngin mədəni-mənəvi irsi ilə tanış olublar. İşgüzar səfər uğurla yekunlaşıb.

Mənbələr

← bütün xəbərlər