Dünya

Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb

5 saat 0 baxış 93% yoxlanıb

Filippin sahillərində 6,3 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 7,5 min nəfər əhalisi olan Sarangani əyalətindən 24 kilometr cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.

Zəlzələ nəticəsində dağıntılar və ya xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi də elan edilməyib.

Qeyd edək ki, Filippin Sakit Okeanın "Alov halqası" adlanan seysmik aktiv zonasında yerləşir və burada tez-tez zəlzələlər baş verir.

Mənbələr

← bütün xəbərlər