Ermənistanda Qaregin II-nin işi üzrə məhkəmə iclası qapalı rejimdə keçirilir
Ermənistanın Armavir rayonunda Bütün Ermənilər Katolikosu Qaregin II və altı yepiskopun işi üzrə ilk məhkəmə iclası başlayıb. Hakim Akop Manukyan iclasın qapalı rejimdə keçirilməsinə qərar verib və bunu şəxsi həyata aid məsələlərin müzakirəsi ilə əlaqələndirib. Katolikos məhkəmə binasına altı yepiskopla birlikdə gəlib, lakin binaya daxil olduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qapıları bağlayıb və jurnalistləri, həmçinin prosesdə iştirak etmək istəyən müxalifət nümayəndələrini zalına buraxmayıblar.