Cəmiyyət

Ələt qəsəbəsində 15 yaşlı yeniyetmə və əmisi dənizdə boğulub

50 dəq 0 baxış 93% yoxlanıb

Salyan rayonunun Yenkənd kənd sakini olan 35 yaşlı Ariz Əlihəsənov və onun qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov Bakının Qaradağ rayonu ərazisindəki Ələt qəsəbəsində dənizdə çimərkən boğulublar. Hadisə nəzarətsiz ərazidə, ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralıda baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumat əsasında dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Ariz Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda xilasedicilər 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə işlərini davam etdirirlər. Yeniyetmənin taleyi ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır. Dənizdə çimərkən təhlükəsizlik qaydalarına riayət olunmasının vacibliyi bir daha diqqətə çatdırılır.

Mənbələr

← bütün xəbərlər