ƏƏSMN xidmətlərindən məmnunluq sorğusu keçirir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə elektron məmnunluq sorğusu keçirilir. Bu barədə nazirlikdən məlumat verilib.
Sorğuda nazirliyin xidmətlərindən istifadə edən bütün şəxslərin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının iştirak edə biləcəyi bildirilib.
Elektron sorğu vasitəsilə vətəndaşların və digər maraqlı tərəflərin nazirliyin xidmətləri ilə bağlı rəy və təkliflərinin toplanması nəzərdə tutulur. Bu, xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədinə xidmət edir.
Nazirlik bütün maraqlı şəxsləri sorğuda fəal iştirak etməyə dəvət edir.