Cəmiyyət

DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

6 saat 8 baxış 55% yoxlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlərin seçə biləcəyi ixtisasların siyahısını açıqlayıb. Bu barədə DİM-dən məlumat verilib.

I ixtisas qrupu üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən, ikinci mərhələ balı 50-dən az olmayan abituriyentlər buraxılır. Dövlət sifarişi ilə ayrılan yerlər üçün isə ümumi bal 200-dən, ikinci mərhələ balı isə 100-dən az olmamalıdır. Bu qrupa Meliorasiya mühəndisliyi, Texnologiya müəllimliyi və Ekologiya mühəndisliyi ixtisasları daxildir.

2026-cı ildən etibarən I ixtisas qrupu üzrə Kompüter mühəndisliyi (Rİ), İnformasiya texnologiyaları (Rİ), Qida mühəndisliyi (RK), Elektrik və elektronika mühəndisliyi (RK), Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi (RK), Mexanika mühəndisliyi (RK), Radiotexnika və telekommunikasiya mühəndisliyi (RK) ixtisasları da ödənişli əsaslarla 150 balla qəbul ediləcək.

II ixtisas qrupu üzrə Marketinq, Biznesin idarə edilməsi, Turizm bələdçiliyi və Turizm işinin təşkili ixtisasları ödənişli əsaslarla 150 balla qəbul olunur. 2026-cı ildən etibarən bu siyahıya Mühasibat, Dövlət və bələdiyyə idarəetməsi, Maliyyə, İqtisadiyyat, Menecment, Beynəlxalq ticarət və logistika, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları da əlavə ediləcək.

III ixtisas qrupu üzrə Muzey, arxiv işi və abidələrin qorunması, Sosial iş və Regionşünaslıq (regionlar üzrə) ixtisasları 150 balla ödənişli əsaslarda qəbul edilir. IV ixtisas qrupu üzrə isə müvafiq ixtisaslar üzrə də eyni qaydalar tətbiq olunur.

Bundan əlavə, əvvəlki illərdə olduğu kimi, Aqromühəndislik, Aqronomluq, Balıqçılıq, Meşəçilik, Şərabçılıq, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı, Zoomühəndislik, həmçinin Bağçılıq və tərəvəzçilik, Baytarlıq təbabəti, Bitki mühafizəsi, Su bioehtiyatları və akvakultura ixtisasları üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və ikinci mərhələ balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Mənbələr

← bütün xəbərlər