Bakıda və Abşeronda avqustun 6-na gözlənilən hava proqnozu açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər saatlarında bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz isə 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda isə gecə 15-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq.