Cəmiyyət

Avqustun 6-da hava: Bakıda 32 dərəcə, rayonlarda 39 dərəcəyədək isti

5 saat 0 baxış 96% yoxlanıb

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı istisna edilmir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Paytaxtda havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz isə 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz arasında dəyişəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Regionlarda havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda isə gecə 15-20 dərəcə isti, gündüz 24-29 dərəcə isti olacaq.

Mənbələr

← bütün xəbərlər