Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı və övladlarının fotosu yayılıb
Rusiyalı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena İvanovanın övladları ilə birgə fotosu sosial mediada yayılıb. Şəkildə Alena və Ağalarovdan olan iki övladı yer alıb.
Məlumata görə, Araz Ağalarov Xalq artisti Emin Ağalarovun anası İrina Ağalarova ilə yollarını ayırdıqdan sonra Alena İvanova ilə ailə həyatı qurub. Cütlüyün birgə iki övladı olduğu bildirilir.
Foto sosial şəbəkələrdə geniş müzakirə olunur. Ağalarovun şəxsi həyatı ilə bağlı bu paylaşım izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Araz Ağalarov tanınmış sahibkar olmaqla yanaşı, müxtəlif biznes layihələri ilə də tanınır. Onun ailə həyatı ilə bağlı təfərrüatlar ictimaiyyət tərəfindən maraqla qarşılanır.