Yaponiyada "Dolfin" tayfunu 56 min evi elektriksiz qoyub
Yaponiyanın Amami adalarında və Okinava prefekturasında güclü "Dolfin" tayfunu səbəbindən təxminən 56 min ev təsərrüfatı elektrik enerjisiz qalıb. Bu barədə Yaponiyanın milli ictimai televiziyası məlumat yayıb.
Tayfunun okean üzərindəki zonasında küləyin sürəti saniyədə 60 metrə çatır, Okinavanın inzibati mərkəzi olan Naha şəhərində isə bu göstərici saniyədə 30 metr təşkil edir. "Dolfin" həmçinin güclü yağışlarla müşayiət olunur.
Sinqptiklərin hesablamalarına görə, avqustun 9-na keçən gecə Okinavada 180 millimetrə qədər yağıntı düşə bilər. Hazırda tayfun saatda təxminən 15 kilometr sürətlə Çin sahilləri istiqamətində hərəkət edir.