Sumqayıtda avtomobil təmiri sexi yanıb

1 saat 0 baxış 96% yoxlanıb

Sumqayıtda gecə saatlarında avtomobil təmiri sexində yanğın baş verib. Hadisə Koroğlu prospektində qeydə alınıb. Məlumata görə, 1980-ci il təvəllüdlü Həşimov Emin Nadir oğlunun icarəyə götürdüyü sex tamamilə yanıb.

Yanğın nəticəsində sexə bitişik olan avtomobil ehtiyat hissələri mağazasının bir hissəsi də zərər çəkib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində alovun digər obyektlərə yayılmasının qarşısı alınıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Mənbələr

← bütün xəbərlər