Dünya

Xankəndi-Şuşa yolunda ağır qəza: 1 ölü, 1 ağır yaralı

13 saat 18 baxış 97% yoxlanıb nəzarətli

Xankəndi-Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə qeydə alınıb. İlkin məlumata görə, "Tofaş" markalı minik avtomobili hərəkət zamanı idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Qəza nəticəsində avtomobildə olan Bayram Verdiyev hadisə yerində həyatını itirib. Digər sərnişin Orxan Şirinov isə ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb.

← bütün xəbərlər