Vaqif Əsədovun qızı FHN-də rəis vəzifəsindən azad edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında şöbə rəisi vəzifəsində çalışan leytenant Çillər Əsədli öz ərizəsi ilə vəzifəsindən azad edilib. O, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi vəzifəsində çalışırdı. Müvafiq əmr fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən imzalanıb.
Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır. O, uzun illər ərzində FHN-in həmin şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Çillər Əsədli vəzifədə olduğu müddətdə təhsil və tibb müəssisələrində "İntihar və intihara cəhd hadisələrin qarşısının alınması", "Psixoloji reabilitasiya və özünü idarəetmə qaydaları" mövzularında seminarlar keçirib. Onun fəaliyyəti psixoloji yardımın təşkili və profilaktik tədbirlər istiqamətində olub.