Cəmiyyət

Sabah Bakıda və regionlarda hava şəraiti açıqlanıb

16 saat 186 baxış 100% yoxlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz isə 29-34° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Regionlarda havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Mənbələr

← bütün xəbərlər