Cəmiyyət

MİQ imtahanlarının nəticələri açıqlanıb

17 saat 1.8k baxış 93% yoxlanıb

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri açıqlanıb. İmtahanlar iyulun 14-18-də 35 imtahan mərkəzində keçirilib və orada ümumilikdə 33 mindən çox namizəd iştirak edib. Davamiyyət göstəricisi 96 faiz təşkil edib.

Azərbaycan Respublikasının Təhsil İnstitutundan verilən məlumata görə, imtahanlar başa çatdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib. Araşdırma zamanı bəzi test tapşırıqlarında qiymətləndirməyə təsir edən uyğunsuzluqlar aşkar edilib.

Xüsusilə, biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1 və rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı səhvlər müəyyən olunub. Bu səhvlər nəzərə alınaraq həmin tapşırıqlar üzrə bal düzəlişləri namizədlərin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər.

Mənbələr

← bütün xəbərlər