Mərkəzi Bank Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında ölkənin iqtisadi inkişafı ilə bağlı yenilənmiş proqnozları açıqlayıb. Yeni hesablamalara görə, 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 0,5 faiz, qeyri-neft-qaz sektorunun isə 2,4 faiz artacağı gözlənilir. Bu göstəricilər əvvəlki proqnozlarla müqayisədə xeyli aşağıdır.