Masallıda 16 yaşlı qızın meyiti evinin həyətində tapılıb
Masallı rayonunun Səmidxan kəndində 16 yaşlı qızın meyiti aşkarlanıb. Hadisə yerli sakinlər tərəfindən qeydə alınıb və hüquq-mühafizə orqanlarına məlumat verilib.
Məlumata görə, kənd sakini olan 16 yaşlı Nuray Mansurovanın meyiti yaşadığı evin həyətində tapılıb. Onun ölümünün hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar və lazımi tədbirlər görülür.
Qeyd edək ki, yeniyetmənin ölümünün dəqiq səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.