Cəmiyyət

Lerikdə 3.1 maqnitudalı zəlzələ qeydə alınıb

17 saat 158 baxış 93% yoxlanıb

Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 01:47-də qeydə alınıb. Zəlzələnin ocağı Lerik stansiyasından 16 kilometr şərqdə, 26 kilometr dərinlikdə yerləşib.

Bildirilib ki, yeraltı təkanlar əhali tərəfindən hiss olunmayıb. Zəlzələ nəticəsində dağıntı və ya xəsarət barədə məlumat verilmir.

Mənbələr

← bütün xəbərlər