Gəncədə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
Gəncə şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib.
Hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, 1983-cü il təvəllüdlü A. Yusifov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Araşdırmalara əsasən, hadisə tərəflər arasında söyüş üstündə yaranmış mübahisə zamanı baş verib. Hadisə zamanı daha üç nəfər yüngül bıçaq xəsarətləri alıb. Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Hadisənin hansı şəraitdə baş verdiyi və digər hallar barədə əlavə məlumat veriləcək.