Avqustun 6-da bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq
"Azərişıq" ASC avqustun 6-da elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə planlı təmir işləri aparılacağını açıqlayıb. Təmir işləri paytaxtda bir neçə transformator məntəqəsində (TM), eləcə də bəzi regionlarda 10 kV-luq hava xətlərində həyata keçiriləcək.
Bakıda Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən 2-ci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq. Nərimanov rayonunda isə Ziya Bünyadov prospekti və Şahmar Ələkbərov küçəsinin bəzi əraziləri saat 09:00-dan 13:00-dək gərginliksiz qalacaq.
Regionlarda planlı fasilə saat 10:00-dan 14:00-dək Ağdaş Elektrik Şəbəkəsinə (EŞ) daxil olan Yuxarı Ləki, Güvəkənd və Əmirarx kəndlərini əhatə edəcək. Ucar rayonunun Təzə Şilyan kəndində isə saat 10:00-dan 12:00-dək enerji verilişində fasilə yaranacaq.
Şirkət bildirib ki, görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar. Sakinlərə planlı fasilələr barədə əvvəlcədən məlumat verilib.