Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib
Belçikalı FIFA referisi Frank De Blekere Azərbaycan Futbol Federasiyaları Assosiasiyasındakı (AFFA) fəaliyyətini başa çatdırıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. De Blekere 2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunub və 2025-ci ilin noyabrından etibarən Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri kimi çalışıb.