Cəmiyyət

Buzovnada dənizdə batan qardaşlardan birinin də meyiti tapılıb

1 saat 0 baxış 97% yoxlanıb

Avqustun 2-də Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2004-cü il təvəllüdlü Həmidov Ruslan Rafiq oğlunun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Meyit FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, avqustun 2-də gecə saatlarında FHN-in "112" qaynar telefon xəttinə Buzovna qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1.3 kilometr aralı dənizdə nəzarətsiz ərazidə üç nəfərin batması barədə məlumat daxil olub. Həmin hadisə zamanı 2009-cu il təvəllüdlü Həmidova Aysel Rafiq qızı xilas edilərək ilkin yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib.

Eyni hadisədə 2014-cü il təvəllüdlü Həmidov Əli Rafiq oğlunun meyiti isə sahildə aşkar edilib. Ruslan Həmidovun axtarışları isə davam etdirilirdi və indi onun da meyiti tapılıb. Beləliklə, hadisə nəticəsində üç nəfərdən ikisinin meyiti tapılıb, bir nəfər isə xilas edilib.

← bütün xəbərlər