Britaniya səfiri Azərbaycan Dili Günü münasibətilə təbrik ünvanlayıb
Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman 1 Avqust – Azərbaycan Əlifbası və Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Diplomat təbrikini sosial media hesabında paylaşıb və bu münasibətlə xalq şairi Bəxtiyar Vahabzadənin "Ana dili" şerindən bir parça səsləndirib.
Səfir təbrikində Azərbaycan dilinin xalqın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irs olduğunu vurğulayıb. O, həmçinin Azərbaycan dilinin təmsil etdiyi zəngin ədəbi irsə dərin hörmətini ifadə edib.
Norman qeyd edib ki, bu əlamətdar günün qeyd edilməsi zamanı əmindir ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək. Diplomatın sözlərinə görə, dil xalqın mədəni irsinin ayrılmaz hissəsidir və onun qorunması mühüm əhəmiyyət daşıyır.
Təbrik video formatında yayımlanıb və səfirin rəsmi "X" səhifəsində dərc olunub. Bu addım Azərbaycan-Britaniya mədəni əlaqələrinin inkişafına göstərilən diqqətin növbəti təzahürü kimi qiymətləndirilir.