Cəmiyyət

Britaniya səfiri Azərbaycan Dili Günü münasibətilə təbrik paylaşımı edib

16 saat 1.3k baxış 97% yoxlanıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Diplomat bu barədə "X" sosial şəbəkəsində videomüraciət yayımlayıb.

Səfir videomüraciətində qeyd edib ki, Azərbaycan dili xalqın zəngin tarixini, mədəniyyətini və milli kimliyini nəsildən-nəslə ötürən qiymətli irsdir. O, əmin olduğunu bildirib ki, Azərbaycan dili və ədəbiyyatı gələcək nəsillər üçün də ilham mənbəyi olmağa davam edəcək.

Videomüraciət zamanı Dunkan Norman Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Ana dili" şeirindən misralar da səsləndirib.

Qeyd edək ki, 1 avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu gün 2001-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla təsis edilib.

Mənbələr

← bütün xəbərlər