Cəmiyyət

Bilgəhdə dənizdə nəzarətsiz ərazidə 25 yaşlı oğlan batıb

16 saat 1.7k baxış 93% yoxlanıb

Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində, "Daçnik" adlanan ərazidə dənizdə bir nəfərin batması barədə məlumat daxil olub. Hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, məlumat daxil olduqdan sonra dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda 2001-ci il təvəllüdlü Nizami Kərimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış işləri aparılır. Xilasedicilər hadisə yerində axtarışları davam etdirirlər.

Mənbələr

← bütün xəbərlər