Bərdədə açıq sahədə yanğın söndürülüb
Bərdə rayonunun Zümürxan kəndi ərazisində açıq sahədə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınıb və qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kvadratmetr quru ot və kol-kos yanıb.
Bildirilib ki, ərazidəki ağaclar və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.