Bərdədə 79 yaşlı kişi ağac kəsərkən kanala yıxılaraq boğulub
Bərdə rayonunda bədbəxt hadisə baş verib. Rayonun Hacıəhmədli kəndində 1947-ci il təvəllüdlü Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb.
Hadisə nəticəsində kənd sakini suda boğularaq həyatını itirib. Onun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.