Bakıda taksi sürücüsünə qarşı quldurluq edən şəxs saxlanılıb
Bakının Binəqədi rayonunda taksi sürücüsünə qarşı quldurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, zərərçəkən sürücü idarə etdiyi "KİA" markalı avtomobildə müştəri qismində əyləşən naməlum şəxsin onu kəsici-deşici alətlə hədələyərək pul vəsaitini ələ keçirdiyi barədə polisə müraciət edib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı T.Binyətov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. Saxlanılan şəxsin əməlində quldurluq cinayətinin əlamətləri müəyyən edilib.
Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Hazırda istintaq tədbirləri davam etdirilir.