Cəmiyyət

Bakı metrosunda qatarların hərəkət intervalı 2 dəqiqəyə endiriləcək

7 saat 0 baxış 96% yoxlanıb

Bakı metropoliteninin inkişafı ilə bağlı yeni layihələrin reallaşdırılması qatarların hərəkət intervallarını azaltmağa, ötürücülük qabiliyyətini artırmağa və ictimai nəqliyyata yükü azaltmağa imkan verəcək. Bu barədə "Bakı metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda "Yaşıl" və "Qırmızı" xətlərdə qatarların minimum hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edir. Layihələr tamamlandıqdan sonra bu göstərici 2 dəqiqəyə qədər azalacaq. Bundan əlavə, digər istiqamətlərdə ehtiyat qatarların nəzərdə tutulması sərnişin axınının daha effektiv tənzimlənməsinə şərait yaradacaq.

Bəxtiyar Məmmədov həmçinin bildirib ki, yaxın illərdə 10 yeni metrostansiyanın tikintisi planlaşdırılır. Bu, sərnişin daşıma imkanlarını genişləndirəcək, yerüstü nəqliyyata yükü azaldacaq, tıxacların qarşısını almağa və mobilliyi artırmağa kömək edəcək.

O qeyd edib ki, Bakı metropoliteni "28 May" - "Azı Aslanov" hissəsində sərnişin axınının səmərəliliyinin artırılması istiqamətində də iş aparır. Hazırda "Azı Aslanov" istiqamətindən "28 May" stansiyasına gələn sərnişinlər bəzən bir qatarı buraxıb növbətisini gözləməli olurlar. İki xəttin ayrılması layihəsi tamamlandıqdan sonra onlar ilk gələn qatarla mənzil başına çata biləcəklər.

Mənbələr

← bütün xəbərlər