AzTU-nun 3-cü kurs tələbəsi vəfat edib
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsi Turan Əsədli uzunsürən xəstəlikdən sonra vəfat edib. Bu barədə universitet sosial şəbəkə hesablarında məlumat yayıb.
Məlumata görə, mərhum AzTU-nun İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin radiotexnika və telekommunikasiya ixtisasının 3-cü kurs tələbəsi olub.
Universitet rəhbərliyi və tələbə yoldaşları onun ailəsinə və yaxınlarına başsağlığı veriblər. Tələbənin dəfn mərasimi ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
Qeyd edək ki, Turan Əsədlinin vəfatı ilə bağlı sosial şəbəkələrdə də başsağlığı paylaşımları edilir.