Avqustun 1-də ölkədə faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidməti avqustun 1-i saat 11:00-a olan faktiki hava məlumatını açıqlayıb. Məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin iyulun 31-i gündüz Lənkəran-Astara zonasında qısamüddətli yağış qeydə alınıb.
Yağıntının miqdarı Lerikdə 2 millimetr, Astara və Yardımlıda isə 1 millimetrədək ölçülüb. İyulun 31-də bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Culfada 21 metr/saniyə, Bakıda və Abşeron yarımadasında isə 16 metr/saniyəyədək güclənib.
Sinoptiklərin proqnozuna görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu, nisbi rütubət isə gecə 70-75 faiz, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq.