ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis avqustun 4-5-də Azərbaycana səfər edəcək
İsveçrə Federal Şurasının üzvü, ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassis avqustun 4-5-də Azərbaycan və Türkmənistana rəsmi səfər edəcək. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər çərçivəsində Kassis ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi və İsveçrənin ATƏT-ə 2026-cı il sədrliyi kontekstində regiondakı rolu ilə bağlı müzakirələr aparacaq.
Qeyd olunub ki, bu səfər regional turun ilk mərhələsidir. Tur payız aylarında Ermənistan və Gürcüstana səfərlərlə davam etdiriləcək.
İsveçrə Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin əsas diqqət mərkəzində ikitərəfli əlaqələr, Cənubi Qafqazda sülh səyləri və Mərkəzi Asiyada əməkdaşlıq məsələləri dayanır.