ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
İsveçrənin federal xarici işlər naziri İnyasio Kassisin ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana rəsmi səfər edəcəyi açıqlanıb. Bu barədə İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayılıb.
Səfər çərçivəsində Kassisin Azərbaycanda ikitərəfli münasibətlər, Cənubi Qafqazda sülh prosesi və İsveçrənin ATƏT-də sədrliyinin regiondakı rolu ilə bağlı danışıqlar aparacağı bildirilir.
Qeyd olunur ki, ATƏT sədri Azərbaycandan sonra Türkmənistana da səfər edəcək. Hər iki ölkəyə səfər avqustun 4-5-nə planlaşdırılıb.
Bu səfər federal nazirin regional turunun ilk mərhələsidir. Payızda turun Ermənistan və Gürcüstana səfərlərlə davam etdiriləcəyi gözlənilir.