Cəmiyyət

“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

9 saat 14 baxış 93% yoxlanıb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin 15 illik fəaliyyəti münasibətilə “Yurdumuzun doğma marketi” adlı rəsm müsabiqəsi keçirilib və qaliblərin mükafatlandırma mərasimi baş tutub. Müsabiqədə Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən 5-15 yaş arası uşaqlar iştirak edib. İştirakçılar “Araz” supermarketlər şəbəkəsini öz baxış bucaqlarına və şəxsi təxəyyüllərinə uyğun şəkildə təsvir edərək rəngarəng rəsm əsərləri yaradıblar. Layihənin əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək olmaq, onların rəsm sənətinə marağını artırmaq və fərdi təxəyyüllərini sərbəst ifadə etmələri üçün şərait yaratmaqdır. Müsabiqə həm də 15 ildir fəaliyyət göstərən “Araz”ın uşaqların dünyasında necə təsəvvür edildiyini onların yaradıcılığı vasitəsilə nümayiş etdirib. Peşəkar rəssamlardan ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən qaliblər 5-8, 9-12 və 13-15 yaş kateqoriyaları üzrə müəyyən edilib. Mükafatlandırma mərasimində hər yaş kateqoriyası üzrə fərqlənən iştirakçılara dəyərli hədiyyələr və sertifikatlar təqdim olunub. Münsiflər heyətinin seçimi əsasında qalib və həvəsləndirici mükafata layiq görülən ümumilikdə 50 rəsm əsəri tədbir çərçivəsində sərgilənib.

Mənbələr

← bütün xəbərlər