Xeberaz.Com
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
Xeberaz.Com
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi Qarabağ

“Vətən müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi”

2 il əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi, məğlubedilməz Azərbaycan Ordusunun rəşadəti və qəhrəman xalqımızın birliyi sayəsində, doğma Qarabağımızın mənfur erməni işğalından azad olunması uğrunda gedən Vətən müharibəsində möhtəşəm qələbə qazandıq. “Dəmir Yumruq” devizi altında ölkə rəhbərinin, Ali Baş Komandanın başçılığı ilə qəhrəman ordumuz müstəqil Azərbaycan dövlətinin tarixinə Qarabağ-Zəfər salnaməsini yazdı. Şübhəsiz ki, bütün dünya bir daha Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevin simasında əsl lider, qorxmaz sərkərdə və mükəmməl siyasi xadim gördü. Bu Qələbə nəyinki Azərbaycanın bütün türk dünyasının, həmçinin, haqqın, ədalətin qələbəsi oldu. Beləliklə, Azərbaycana qarşı qərəzli mövqedə olan bəzi dünya dövlətləri Azərbaycanın hansı gücə malik olmasını bir daha görmüş oldu. Qarabağ mənfur erməni işğalından azad edildi.
Vətən yolunda Şəhidlik zirvəsinə ucalanlar da oldu, qazi adını alanlar da. Uca Allahdan qəhrəman Şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Təbii ki, əldə etdiyimiz bu möhtəşəm Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, Şəhidlərimizin qanı-canı bahasına bütün dünya müstəqil Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Xalqımızın çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə hələ əldə olunmamışdı. Azərbaycan xalqı, Azərbaycan Ordusu öz Prezidentinin və Ali Baş Komandanının ətrafında “Dəmir Yumruq” kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Şübhəsiz ki, “Dəmir Yumruq” Azərbaycan xalqının həmrəyliyinin və xalq-ordu birliyin rəmzinə çevrildi. Bu gün, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. Vətən müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir Yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə, Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı
Qarabağ Azərbaycanın tarixi, əzəli və əbədi torpağıdır! Qarabağ Azərbaycandır!…
Sabit Mehdiyev,
YAP Beyləqan rayon təşkilatının məsləhətçisi
PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Müşfiq Səfərov: İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi

Növbəti xəbər

Ceyhun Məmmədov: Biz xoşbəxtik ki, bu şanlı zəfərin canlı şahidləriyik

Əlaqədar Xəbərlər

Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi
Qarabağ

Deputat: İnsanlar oraya köçürüldükdən sonra ölkəmizin iqtisadi imkanları daha da artacaq

11 ay əvvəl
Şanlı Zəfər əbədi yaşayacaqdır
Qarabağ

Şanlı Zəfər əbədi yaşayacaqdır

11 ay əvvəl
Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq
Qarabağ

Füzuli sakini: Doğma yurdumda hər şey daha gözəl olacaq

2 il əvvəl
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
Qarabağ

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

2 il əvvəl
Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir
Qarabağ

Deputat: Bütün bunlar “Böyük Qaydış”ın uğurla icrasına xidmət edir

2 il əvvəl
Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib
Qarabağ

Şuşa və Suqovuşana fərdi minik avtomobilləri ilə səfər etməyə icazə verilib

2 il əvvəl
Növbəti xəbər
Deputat: Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın bütün suallarına konkret və dəqiq cavab verdi

Ceyhun Məmmədov: Biz xoşbəxtik ki, bu şanlı zəfərin canlı şahidləriyik

Müstəqillik tarixinin qızıl səhifəsi
Xüsusi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

8 ay əvvəl
Müqavilə-hüquq bazası
Xüsusi

Müqavilə-hüquq bazası

8 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

8 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Sosial

20 Yanvar qırğını- xalqımızın mübarizliyinin qırılmaz simvolu

8 ay əvvəl
Parlaq qələbələr
Xüsusi

Müstəqilliyə aparan yol

8 ay əvvəl
Xeberaz.com

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.