Xeberaz.Com
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
Xeberaz.Com
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Müqavilə-hüquq bazası

8 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü və birgə verdikləri bəyanatlar bir daha bütün dünyaya sübut etdi ki, dost və qonşu olduğumuz Gürcüstan ilə Azərbaycanın ən yaxın tərəfdaşlıq missiyası hələ də uğurla davam edir. Azərbaycan və Gürcüstanın əsrlər boyu davam edən dostluq və mehriban qonşuluq əlaqələri bu gün də müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etməkdədir. Ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Cari ilin yanvarın 17-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edərək, hər iki ölkə arasındakı siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə etmişlər. Ölkə başçısı çıxışı zamanı Gürcüstanın Baş nazirinin qısa zaman ərzində Azərbaycana üçüncü dəfə səfər etməsini iki ölkə arasında əlaqələrin dərinliyinin və strateji xarakterinin göstəricisi kimi dəyərləndirərək qeyd etmişdir: “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər”.

Azərbaycan Respublikası və Gürcüstan arasında münasibətlərin tarixinə gəlincə qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan Respublikası Gürcüstanla ikitərəfli əlaqələrinə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə maraqlıdır. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Enerji və nəqliyyat-logistika sahəsində əməkdaşlıq da nümunədir. Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır.

Görüş zamanı dövlətimizin başçısı Gürcüstanın siyasi sabitliyinin Cənubi Qafqazda ümumi sülh və inkişaf üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Gürcüstanın “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi bu sabitliyin davamlılığını təmin edən mühüm amillərdən biri kimi dəyərləndirilir. Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulmuşdur. Görüş iki dövlətin birgə həyata keçirdiyi layihələrin yalnız bu gün deyil, gələcək nəsillər üçün də dayanıqlı inkişaf platforması yaradacağını bir daha təsdiqlədi.

 

Niyaməddin Əsgərov,

YAP Beyləqan rayon təşkilatının sədr müavini

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

Növbəti xəbər

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Xüsusi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

8 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

8 ay əvvəl
Parlaq qələbələr
Xüsusi

Müstəqilliyə aparan yol

8 ay əvvəl
Çoxillik münaqişənin sonu
Xüsusi

Azərbaycan və Gürcüstanın regional sabitliyə xidmət edən münasibətləri

8 ay əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Azərbaycan-Gürcüstan tərəfdaşlığı

8 ay əvvəl
Deputat növbəti hesabat jurnalını təqdim edib
Xüsusi

Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərən 20 Yanvar faciəsi

8 ay əvvəl
Növbəti xəbər
Müstəqillik tarixinin qızıl səhifəsi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

Müstəqillik tarixinin qızıl səhifəsi
Xüsusi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

8 ay əvvəl
Müqavilə-hüquq bazası
Xüsusi

Müqavilə-hüquq bazası

8 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

8 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Sosial

20 Yanvar qırğını- xalqımızın mübarizliyinin qırılmaz simvolu

8 ay əvvəl
Parlaq qələbələr
Xüsusi

Müstəqilliyə aparan yol

8 ay əvvəl
Xeberaz.com

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.