Xeberaz.Com
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
Xeberaz.Com
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Gündəm

“İlham Əliyevin fərqi…”

8 ay əvvəl
Oxunma müddəti: 4 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Son günlər sosial mediada – ələlxüsus da həmin medianın postsovet sferasında İlham Əliyev haqda müsbət fikirlərə həddindən artıq çox rast gəlinir. Baş verən təyyarə qəzasından sonra cənab Prezidentin əsl vətənpərvərlik, kişilik nümunəsi göstərməsi, öz xalqının maraqları naminə gərəkən bütün cəsarətli addımları atması isə bu ətrafda aparılan müzakirələrin əsas predmetidir.

 

Bəli. Cənab belədir. O, illərdir dəyişmir və öz fenomen obrazının aydın cizgiləri ilə şəxsini də, bizləri də durmadan, dayanmadan ucaldır.

 

***

 

Siyasətdə ani, ixtiyari yanlış bəzən bir dövlətin, bir millətin faciəsinə səbəb ola bilər. Necə ki, uzağa getmədən, elə gözlərimizin önündə, Ukraynanın timsalında bunu görürük. Görürük və nəticə çıxarırıq. Üstəlik, fərqinə varırıq ki, 1992-də Azərbaycan hakimiyyətini zəbt edən siyasi qolçomaqlar da əslində bizi eyni aqibətə sürükləmək üçün görəvləndirilmişdilər…

 

Hə, deyə bilərsiz, Musayev yenə başladı. Amma inanın, bəzən ciyərim yanır, əllərim əsir, xalqın taleyi üzərində qumar oynayanlara ünvanlanaraq, üstəgəl uca səslə bağıraraq, “bu qədər olmaz!” söyləməyim gəlir…

 

Xatırlayırsızmı, 10 noyabrı? Hansı ki, həmin gün müharibə dayandı, üçtərəfli sənəd imzalandı, Ağdamın, Kəlbəcərin, Laçının bir güllə atılmadan geri qaytarılması ilə bağlı razılıq əldə olundu.

 

Radikallar deyirdi, bu addım şəhidlərimizin ruhuna təhqirdi və sona qədər davam etmək lazım idi…

 

Az müddət sonra 3 rayon bizim oldu. Sonra Xocavənd, Xocalı. Daha sonra 24 saatlıq anti-terror əməliyyatı, Xankəndi, rus sülhməramlıların gedişi….

 

Yəni, nə baş verdi? İlham Əliyev ən düz olanı etdi və öz nüfuzu, diplomatiyası, müdrikliyi sayəsində şəhid sayının 3 mindən azı 23 minə qalxmasının qarşısını aldı, bu masştab üçün son dərəcə minimum itki ilə döyüşdən qalib ayrıldı!

 

Qarşı tərəf isə – bir daha təkrarlayıram! – açıq mətnlə söyləyirdi ki, elə şey-zad yoxdur, milləti qırğına vermək lazımdır, “vabank” gedilməlidir, kortəbii şəkildə mübarizə aparılmalıdır…

 

Axırda üzr-filan oldumu? Olmadı! Radikallardan bu gün də soruşsan, qayıdarlar ki, deyirdik-deyirdik də, noolsun, ötdü-keçdi də..

 

Hara ötdü? Hara keçdi? Bu boyda səhvmi olar? Belə yanaşmamı olar? 20-30 min ailənin, insanın taleyinə eksperment predmeti kimi baxmaqmı olar?

 

***

 

Dünya siyasətində qərarlaşan liderləri təxminən bu şəkildə təsnif etmək mümkündür:

 

1) Fərdi xüsusiyyətləri, şəxsi keyfiyyətləri ilə deyil, məhz dövlətin gücü və resursları üzərindən nəzərə çarpanlar. (Məsələn, Makron. Tam idimsiz, mənasız bir siyasətçidir, amma ortalıqda beşlik dövlətlərdən biri olan Fransanın adı var deyə okeaniya dövlətlərinə qədər əl və dil uzada bilir)

 

2) Bəlli qüvvələr tərəfindən hakimiyyətə gətirilənlər və plastilin kimi yönləndirilənlər. (Məsələn, Paşinyan. Birbaşa “Soros”un əli ilə Ermənistana transfer olunub və hələ də eyni xəttin girovudur).

 

3) Mövcud vəziyyətlə real gücün balansını tapa bilməyənlər, “urra!” prinsipi ilə hərəkətlənənlər. (Məsələn, Saakaşvili. Şəxsən mənim qənaətimə görə cəsarətli siyasətçidir, istedadlıdır, fəqət qətiyyən realist deyil və bu səbəbdən də ard-arda fiaskolar yaşayır.)

 

4) Özündən daha çox kənar güclərə etibar edənlər, verilən vədlərə inananlar. (Məsələn, Zelenski. Düşünürəm, bu gün o, gec də olsa anlayır ki, Qərbin, Avropanın “fiti”nə getməklə ən böyük yanlışına yol verib və nəticədə lüzumsuz qurbana çevrilib)

 

Amma İlham Əliyev…Onun üslubu tam fərqlidir.

 

İlham Əliyev bütün həmlələrə qarşı siyasi müvazinəti tarazlayandan, öz gücünü və resursunu hesablayandan, dövlətini və xalqını bütün təhlükələrdən sığortalayandan sonra danışır və addım atır.

 

İlham Əliyev böyük qrossmeysterdir! O, şahmat taxtasında rəqib(lər)i məğlub edənə qədər ilk öncə situativ vəziyyəti nizamlayır, sonra orta xətdən irəli doğru addımlamaq istəyən Makron kimi “peşka”lara yerini göstərir, daha sonra xortumlu filləri, ördək yerişli atları zərərsizləşdirir, ardınca qəfil bir “Ferz!” əmri verərək nakdaun vəziyyəti yaradır və nəhayətində qarşısındakı ixtiyari şahı parlaq qələbə ilə “mat” edir…

 

İlham Əliyev ən sentimental, ən yumşaq halı ilə belə namərdləri bağışlamır və çox düz edir! Çünki gözəl anlayır ki, xəyanəti, xəmiri zibildən yoğrulanları görməzdən keçmək bu dünyanın gəlib-keçmiş ən yanlış işidir!

 

İlham Əliyev hakimiyyətin deyil, xalqının vurğunudur. Ona görə də bu xalqın mənafeyinə, marağına, torpağına, sərhədinə, təyyarəsinə toxunulan yerdə heç bir güzəştdən, humanistlikdən, müttəfiqlikdən söhbət gedə bilməz! – Kimin layiqli cavabı nədirsə, anındaca verəcək!

 

Nəhayət;

 

İlham Əliyev bizim baş tacımızdır və… inanın, bütün xoşbəxt günlərimizin, hər kəsin həsəd apardığı uğurlarımızın əsas sirri də məhz o tacı göz bəbəyimiz kimi qorumağımızda, ləyaqətlə daşımağımızdadır.

 

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Azərbaycan hər zaman özünün müstəqil siyasətini əzmlə davam etdirəcək

Növbəti xəbər

Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub

Əlaqədar Xəbərlər

20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz
Gündəm

20 YANVAR: Qəhrəmanlıq və faciə tariximiz

8 ay əvvəl
“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Gündəm

“Mənim İmişli istintaqçılarından xahişim budur ki…”

8 ay əvvəl
Ceyhun Məmmədov: Gürcüstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir
Gündəm

Ceyhun Məmmədov: Gürcüstan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir

8 ay əvvəl
Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının üzvləri ilə növbəti görüş keçirilib
Gündəm

Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının üzvləri ilə növbəti görüş keçirilib

8 ay əvvəl
Müstəqillik tarixinin qızıl səhifəsi
Gündəm

Azərbaycan cəmiyyəti, artıq öz mövqeyini ortaya qoyub

8 ay əvvəl
Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər
Gündəm

Azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura yerləşəcəklər

8 ay əvvəl
Növbəti xəbər
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub

Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub

Müstəqillik tarixinin qızıl səhifəsi
Xüsusi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

8 ay əvvəl
Müqavilə-hüquq bazası
Xüsusi

Müqavilə-hüquq bazası

8 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

8 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Sosial

20 Yanvar qırğını- xalqımızın mübarizliyinin qırılmaz simvolu

8 ay əvvəl
Parlaq qələbələr
Xüsusi

Müstəqilliyə aparan yol

8 ay əvvəl
Xeberaz.com

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.