Xeberaz.Com
  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə
9 Sentyabr, 2025 - Çərşənbə axşamı
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
  • ƏSAS SƏHİFƏ
  • GÜNDƏM
  • SOSİAL
  • SİYASƏT
  • İQTİSADİYYAT
  • TEXNOLOGİYA
  • DÜNYA
  •  
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan
Nəticə tapılmadı
Bütün nəticələri gör
Xeberaz.Com
Nəticə tapılmadı
Bütün nəticələri gör
Ana səhifə Xüsusi

Ermənistan rəhbərliyi qərbi azərbaycanlılarla dialoqa gedib onların tələblərini dinləməlidir – ŞƏRH

8 ay əvvəl
Oxunma müddəti: 3 dəqiqə
Facebook-də paylaşınLinkedin-də paylaşınWhatsapp-da paylaşın

Qərbi Azərbaycandan olan insanların öz doğma torpaqlarına qayıtması və orada yaşaması onların təbii hüququdur. Təbii ki, bu, beynəlxalq insan hüquqları kontekstində də mühüm bir mövzudur və beynəlxalq insan hüquqları Qərbi Azərbaycandan olan insanların hüquqlarını tam şəkildə qorumalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

O bildirib ki, qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdışı beynəlxalq insan hüquqları kontekstində dəyərləndirilməlidir:

“Prezident İlham Əliyev də bu mövzunu xüsusi olaraq vurğulayır. Çünki Qərbi Azərbaycandan olan yüz minlərlə insanın hüquqları, təbii hüquqları pozulub. Qərbi Azərbaycan İcması da bu sahədə aktiv şəkildə fəaliyyət göstərir və biz ümid edirik ki, Ermənistan rəhbərliyi, nəhayət, faşist ideyalarından əl çəkəcək və Qərbi Azərbaycandan olan insanlarla dialoqa gedəcək. Çünki söhbət yüz minlərlə insanın hüquqlarının pozulmasından gedir”.

Şahin İsmayılov vurğulayıb ki, qərbi azərbaycanlılar öz hüquqlarının pozulması ilə heç cür razılaşa bilməzlər.

“Hazırkı Ermənistan ərazisində azərbaycanlılara qarşı etnik təmizləmə, onların əmlaklarının talanması, təməl insan hüquqlarının pozulması baş verib. Biz hazırkı dövrdə yeni mərhələdə öz dədə-baba torpaqlarımıza sülh və əmin-amanlıq şəraitində qayıtmaqla ləyaqətli şəkildə öz yaşayış hüququmuzu davam etdirmək istəyirik”, – deyə deputat qeyd edib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə Trend-ə açıqlamasında bildirib ki, Qərbi Azərbaycanla bağlı ideoloji xətt çox uğurlu istiqamətdə inkişaf edir:

“Bu gün hər kəs Qərbi Azərbaycana qayıdış ideologiyasının strateji xəttinin ətrafında birləşib. Bütün Azərbaycan xalqı qısa müddət ərzində ideoloji xətt istiqamətində səfərbər olub”.

Millət vəkilinin sözlərinə görə, iki il ərzində Qərbi Azərbaycan İcması bir çox beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb:

“Bu qayıdış məsələsi artıq bütün beynəlxalq təşkilatların gündəliyinə salınıb. İslam Konfransı Təşkilatı qərbi azərbaycanlıların qayıdışı ilə bağlı sənəd qəbul edib. Hətta BMT İcma tərəfindən ünvanlanan məktubu bütün qurumlarına – Təhlükəsizlik Şurası, UNICEF, üzv dövlətlərə göndərib”.

Məlahət İbrahimqızı vurğulayıb ki, Qərbi Azərbaycanın tarixinin, mədəni irsinin öyrənilməsindən deportasiyaların tarixinədək bütün məsələlər vahid strategiya altında birləşib.

“Qərbi Azərbaycan məsələsi dünya ictimaiyyətinə vahid istiqamət kimi təbliğ olunmalıdır. Prezident İlham Əliyev vaxtaşırı Qərbi Azərbaycandakı tarixi və mədəni mirasımızla bağlı ciddi işlərin görülməsi ilə bağlı müvafiq qurumlara, akademik səviyyədə alimlərə, tədqiqatçılara tapşırıqlar verirdi. Qərbi Azərbaycanla bağlı ideoloji xətt çox sağlam, mərhələ-mərhələ, uğurla həyata keçirilir. Bu məsələdə ən vacib hədəf tarixi torpaqlarımıza qayıtmaqdır.

Ermənistan baş naziri Nikol Paşinyan Qərbi Azərbaycan İcması tərəfindən ona ünvanlanan müraciətlərə cavab verməlidir. Və ən qısa zamanda İcma rəhbərliyi və ya heyətini qəbul etməli, onların tələblərini dinləməlidir. Beynəlxalq təşkilatlardan heç nə gözləmirik. Həmyerlilərimizin qayıdışına kömək göstərməsələr də, buna əngəl olmasınlar”, – deyə deputat qeyd edib.

PaylaşPaylaşGöndər
Əvvəlki xəbər

Deputat Elman Nəsirov növbəti dəfə vətəndaşlarla görüşüb

Növbəti xəbər

Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının üzvləri ilə növbəti görüş keçirilib

Əlaqədar Xəbərlər

Müstəqillik tarixinin qızıl səhifəsi
Xüsusi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

8 ay əvvəl
Müqavilə-hüquq bazası
Xüsusi

Müqavilə-hüquq bazası

8 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

8 ay əvvəl
Parlaq qələbələr
Xüsusi

Müstəqilliyə aparan yol

8 ay əvvəl
Çoxillik münaqişənin sonu
Xüsusi

Azərbaycan və Gürcüstanın regional sabitliyə xidmət edən münasibətləri

8 ay əvvəl
COP29-ın Azərbaycanın beynəlxalq aləmdə müsbət imicinin formalaşmasında rolu
Xüsusi

Azərbaycan-Gürcüstan tərəfdaşlığı

8 ay əvvəl
Növbəti xəbər
Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının üzvləri ilə növbəti görüş keçirilib

Qərbi Azərbaycan İcmasında İcmanın Gənclər Şurasının üzvləri ilə növbəti görüş keçirilib

Müstəqillik tarixinin qızıl səhifəsi
Xüsusi

Azərbaycan və Gürcüstan iki müstəqil dövlət olaraq əlaqələrini genişləndirir

8 ay əvvəl
Müqavilə-hüquq bazası
Xüsusi

Müqavilə-hüquq bazası

8 ay əvvəl
Prezident İlham Əliyevin çıxışında Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub
Xüsusi

Xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar

8 ay əvvəl
Azərbaycan-Rusiya əlaqələrində müsbət dinamika davam edir
Sosial

20 Yanvar qırğını- xalqımızın mübarizliyinin qırılmaz simvolu

8 ay əvvəl
Parlaq qələbələr
Xüsusi

Müstəqilliyə aparan yol

8 ay əvvəl
Xeberaz.com

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.

Sayt Naviqasiyası

  • Haqqımızda
  • Gizlilik Siyasəti
  • Əlaqə

Bizi İzlə

Nəticə tapılmadı
Bütün nəticələri gör
  • Gündəm
  • Sosial
  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • Dünya
  • Xüsusi
    • Heydər Əliyev İli
    • Qarabağ
    • Qərbi Azərbaycan

© 2023 xeberaz.com - Müəllif hüquqları qorunur.